“Əliyar Ağayevin təyinatı ilə bağlı hələ ki, geniş açıqlama verilməyəcək”.
Bu sözləri Qol.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentin rəhbəri Firuz Abdulla deyib. FİFA referimiz martın 10-da Yunanıstan Superliqasının 24-cü turunda keçiriləcək PAOK – “Atromitos” oyununa təyinat alıb. Ancaq bu barədə nə Əliyar özü danışıb, nə də Hakimlər Departamentindən hər hansı rəsmi açıqlama gəlib. F. Abdulla bunun Yunanıstan Futbol Federasiyasının istəyi ilə bağlı olduğunu söyləyib:
“Bunun əsas səbəbi qarşı tərəfin bizim Hakimlər Departamentindən xahişidir. Bildiyimə görə, oyunun ciddiyətini nəzərə alan Yunanıstan Futbol Federasiyası matça qədər mətbuatda hakimlə bağlı geniş müzakirənin, açıqlamanın olmasını istəmirlər. Məsələylə bağlı bu gün şəxsən Fritz Ştuxlikdən soruşdum, heç bir şərh vermədi”.
Qeyd edək ki, PAOK - "Atromitos" matçında Ə.Ağayevə Akif Əmirəli və Rza Məmmədov kömək edəcəklər. Qarşılaşma Bakı vaxtı ilə 19:15-də start götürəcək. 23 turdan sonra PAOK 61 xalla birinci, “Atromitos” isə 43 xalla üçüncü pillədə qərarlaşıb.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi