Kasilyas Ronaldonu geridə qoydu

Kasilyas Ronaldonu geridə qoydu
ÖLKƏ FUTBOLU 7 Mart 2019 / 15:50 3466
-  A +

Çempionlar Liqasının 1/8 finalının "Roma" ilə cavab oyunu "Portu"nun qapıçısı İker Kasilyas üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, ispaniyalı qolkiper 1/4 finala yüksəldikləri oyunda (3:1) turnirdə 101-ci qələbəsini qazanıb.

Bununla da 38 yaşlı qapıçı ÇL-də ən çox qələbə qazanan futbolçu adına yiyələnib. Kasilyas bu göstəricidə "Yuventus"un hücumçusu Kriştiano Ronaldonu geridə qoyub. Portuqaliyalı futbolçunun aktivində 100 qələbə var. "Barselona"nın sabiq üzvü Xavi Hernandes isə 91 qələbə ilə 3-cüdür.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner