PSJ-nin zədəli futbolçusu Neymar Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"lə məğlub olduqları oyundan (1:3) sonra şəxsi “İnstagram” səhifəsində kəskin və təhqiramiz fikirlər səsləndirib.
Qol.az-ın xəbərinə görə, oyunu tribunadan izləyən 27 yaşlı hücumçu matçın sonuna artırılan uzatma dəqiqələrində komandasının qapısına verilən penalti qərarını şərt şəkildə tənqid edib:
“Bu, biabırçılqıdır. UEFA epizodun təkrarını analiz etməsi üçün 4 nəfər VAR hakimi qoyub. Amma həmin epizodda açıq gürünür ki, əllə oyun yoxdur! Arxasına dönük vəziyyətdə əlini hara qoya bilər ki?! Ehh..” Neymər paylaşımını doğma dilində “Ah vá pra pqp” sözləri ilə bitirib ki, bu da azərbaycancaya tərcümədə təxminən “gedin, s.......” mənasını verir.
PSJ-nin baş məşqçisi Tomah Tuhel oyunsonrası mətbuat konfransında Neymarın təhqiramiz sözləri ilə bağlı deyib: “Bəzən biz emosional vəziyyətdə elə şeylər deyirik ki, bir neçə saat sonra geri götürürük. Neymar bu matçda bizə kömək etmək üçün alışıb-yanırdı”.
Xatırladaq ki, Neymar Fransa kubokunun 1/16 finalında "Strasburq"a qarşı matçda zədələnib. Onun sağ ayağında sınıq aşkarlandığı üçün 8-10 həftə sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı