Əliyar Ağayevə tarixi təyinat

Əliyar Ağayevə tarixi təyinat
ÖLKƏ FUTBOLU 7 Mart 2019 / 10:05 5387
-  A +

Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan çempionatına təyinat alıb.

Qol.az xəbər verir ki, bu barədə məlumatı Yunanıstan mətbuatı yayıb.

FİFA referisi Superliqanın 24-cü turunda keçiriləcək PAOK - "Atromitos" matçını idarə edəcək. Ona Akif Əmirəli və Rza Məmmədov kömək edəcək. Martın 10-da Salonikidəki "Tumba" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

PAOK hazırda Superliqada 1-ci, "Atromitos" isə 3-cü pillədə qərarlaşdığından bu matç turun mərkəzi görüşü hesab olunur.

Qeyd edək ki, Superliqaya əcnəbi hakimin təyinat almasını "Atromitos" istəyib. Yerli hakimlərin idarəçiliyindən narazı olan klub oyunlarını xarici referinin idarə etməsini tələb edib. Yerli futbol federasiyası isə bu tələbi yerinə yetirib. 

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner