"Real"da ciddi itki - 2 ay oynamayacaq

"Real"da ciddi itki - 2 ay oynamayacaq
XƏBƏR 6 Mart 2019 / 18:15 2810
-  A +

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Ayaks"la cavab oyununun (1:4) ilk hissəsində zədələnən "Real"ın hücumçusu Vinisius Juniorun durumuna aydınlıq gəlib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, tibbi müayinədən keçən braziliyalı futbolçunun sağ ayaq topuğunda bağların qopduğu məlum olub. Madrid təmsilçisinin həkimləri 18 yaşlı oyunçunun hansı müddətə sıradan çıxdığını açıqlamasa da, İspaniya mətbuatı onun ən azı 2 ay yaşıl meydanlardan kənarda qalacağını yazıb.

Qeyd edək ki, "Ayaks"la matçın 35-ci dəqiqəsində zədələnən Vinisius Marko Asensio ilə əvəzlənmişdi.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner