Xorvatiya millisinin əsas hücumçusu zədələndi

Xorvatiya millisinin əsas hücumçusu zədələndi
XƏBƏR 6 Mart 2019 / 10:24 1946
-  A +

Xorvatiya millisinin daha bir üzvü zədələnib.

Qol.az xəbər verir ki, "Ayntraxt"da çıxış edən Ante Rebiç dizindən xəsarət alıb.  26 yaşlı hücumçu Almaniya Bundesliqanın son  turunda "Hoffenhaym"la -keçirilən görüşdə zədə alıb.

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç ölkə mətbuatına açıqlamasında Rebiçin AÇ-2020-nin seçmə mərhələsində yığmamaızla görüşdə iştirakının sual altında olduğunu bildirib. Qeyd edib ki, hücumçu  martın 7-si Avropa Liqasının ilk 1/8 finalında “İnter”lə və martın 10-u Bundesliqada "Fortuna" ilə görüşdə iştirak etməyəcək. Futbolçunun durumuna gələn həftə aydınlıq gələcək.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də Zaqrebdə keçiriləcək.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner