"İbrahimoviçin dodağından öpdüm, məni vurdu" - veteran futbolçu

"İbrahimoviçin dodağından öpdüm, məni vurdu" - veteran futbolçu
XƏBƏR 5 Mart 2019 / 17:39 3999
-  A +

Hollandiyalı veteran futbolçu Endi van der Meyde keçmiş komanda yoldaşı, hazırda isə ABŞ-ın "Los-Anceles Qelaksi" klubunun formasını geyinən Zlatan İbrahimoviçlə bağlı xatirəsini bölüşüb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o, "Ayaks"da çıxış edərkən isveçli hücumçunun dodağından öpdüyünü və buna görə döyüldüyünü bildirib:

"Bir dəfə avtobusda Zlatanın yanında əyləşmişdim. Yadımdadır, o, yuxuya getmişdi, mən isə oyaq idim. Qəflətən İbrahimoviçin dodağından öpdüm. Bir neçə saniyə sonra durub, mənə iki zərbə vurdu".

Qeyd edək ki, van der Meyde "Ayaks"la yanaşı, "Tvente", "İnter", "Everton" və PSV klublarında da çıxış edib. O, 2009-cu ildə karyerasını başa vurub.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner