“Qəbələ”nin futbolçusu Ceyms Adeniyi Qol.az-a müsahibə verib. Bu mövsümün əvvəlindən əyalət təmsilçisində çıxış edən nigeriyalı yarımmüdafiəçi Azərbaycan futbolundan və ölkəmizdəki vəziyyətindən danışıb.
- Artıq 7 aydır Azərbaycandasınız. Özünüzü burada necə hiss edirsiniz?
- Özümü Azərbaycanda yaxşı hiss edirəm. Ən birincisi ona görə ki, çempionatda əla rəqabət var. Bütün komandalar yaxşı oyun göstərir və sona qədər mübarizə aparırlar. Bu da mənim xoşuma gəlir.
- “Qəbələ”yə gələnə kimi Albaniyada legioner həyatı yaşamısınız. Bizim futbolla onlarınkı arasında nə kimi fərqlər var?
- Deyərdim ki, iki ölkə futbolu arasında çox az fərq var. Sadəcə, Azərbaycan çempionatında meydana mütləq gənc futbolçular buraxmalısan. Bu, yerli oyunçuların sürətli inkişafı üçün çox vacibdir. Albaniyada isə gənc futbolçularla bağlı belə bir limit yoxdur.
- “Qəbələ” karyeranızda yeni səhifədir. Komandaya tam olaraq uyğunlaşdığınızı söyləmək olar?
- Hə, bu, mənim karyeramda yeni səhifədir. Amma adaptasiya prosesi çox tez getdi. Düşünürəm ki, bu da komanda ilə bağlıdır. Çünki heyətimizdə kifayət qədər təcrübəli futbolçular var. Onların mənə çox köməyi oldu.
- Azərbaycanda azarkeşlər stadiona gəlmirlər. Bu amil bir legioner futbolçu kimi sizə necə təsir edir?
- Bunun mənə və oyunuma təsir etdiyini deyə bilmərəm. Ona görə ki, stadiona toplaşan azsaylı azarkeşlərimiz bizə öz sevgilərini nümayiş etdirirlər. Onlardan lazım olan bütün dəstəyi alırıq.
- Azərbaycan futbolunda sizi ən çox təəccübləndirən nə olub?
- Bayaq da dediyim ki, burada gördüyüm rəqabət yaxşı mənada təəccübümə səbəb oldu. Çünki burada təkcə liderlər yox, turnir cədvəlinin ortalarında qərarlaşan komandalar, hətta autsayderlər də yaxşı futbol nümayiş etdirirlər. Buna görə də əvvəlcədən oyunların nəticələri ilə bağlı proqnoz vermək olmur.
- Son turda “Zirə” ilə səfər matçında qələbəni əldən verdiniz. Hesabı qorumağa nə mane oldu?
- Hə, təəssüf ki, qələbə qazandığımız oyunda 1 xalla kifayətlənməli olduq. Hesabı niyə qoruya bilmədik? Məncə, konsentrasiyanı itirdik və bu da bizə baha başa gəldi.
- Növbəti oyun 3-cü yer uğrunda əsas rəqibiniz “Səbail”ə qarşı olacaq. Uduzsanız, xal fərqi 9-a çatacaq ki, bu da işinizi çətinləşdirəcək. Demək olarmı ki, martın 10-da bəlkə də mövsümün ən vacib oyununa çıxacaqsınız?
- Əlbəttə, çox çətin oyun olacaq. Əsas rəqibimizlə oynayacağıq. Hazırda “Səbail” turnir cədvəlində bizdən irəlidədir. Qalib gəlsək, xal fərqi azalacaq. Bu amil bizə xüsusi stimul verir.
Elnur SALAHOV
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi