Ramil Şeydayev rəmzi 11-likdə

Ramil Şeydayev rəmzi 11-likdə
ÖLKƏ FUTBOLU 5 Mart 2019 / 10:05 3358
-  A +

Rusiya Premyer Liqasında 18-ci turun rəmzi komandası açıqlanıb.

Qol.az qonşu ölkənin mətbuata istinadən xəbər verir ki, 11-likdə millimizin üzvü Ramil Şeydayev də yer alıb.

Moskva "Lokomotiv"i ilə səfər matçında (2:2) komandasını məğlubiyyətdən xilas edən hücumçu  52 faizlik uğurlu reytinqlə turun ən yaxşı iki hücumçusundan biri olub.

Rusiya mətbuatı turun rəmzi 11-liyi xəbərinə "Şeydayev və Corceviç "Zenit"dəki vaxtlarını xatırladır" başlığını verib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner