“Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma üçün Azərbaycana səfər edən Türkiyə millisinin sabiq üzvü Nihat Kahveci bu gün jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, veteran hücumçu əvvəlcə Bakı səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
- Əvvəl Türkiyə millisinin heyətində Bakıya gəlmişdim. Səhv etmirəmsə, 7 il əvvələ təsadüf edir. Dünən hava limanından bəri görürəm ki, Bakı o gündən çox inkişaf edib, dəyişib. Dünən Ulduzlar Qarşılaşmasında iştirak etdim, yaxşı oyun oldu. Futbola ölkənizdə böyük dəstək var. Bu il Avropa Liqasının finalının Bakıda keçirilməsi ölkəniz üçün çox böyük şansdır. Belə böyük turnir vasitəsilə Azərbaycan daha da dünyada tanına bilər. Avropa Liqasında bu il çox güclü klublar - "Arsenal", "Napoli", Çelsi, "Benfika", "Villareal" və "Valensiya" kimi klublar var. Sanki bu yarış Çempionlar Liqasıdır. Buna görə də çox şanslı olduğunuzu düşünürəm. Bakıda gözəl bir final olacaq. Dünən bura gəldiyimizdən bəri yaxşı qarşılandıq, yaxşı vaxt keçirdik. Buna görə də ölkə prezidenti cənab İlham Əliyevə, AFFA-nın prezidentinə və azərbaycanlı qardaşlarıma öz minnətdarlığımı bildirirəm. Burda olmaqdan xoşbəxtəm.
- Avropa Liqasında favorit komandanız hansıdır?
- İstəyərdim ki, finala Türkiyə komandalarından biri yüksəlsin, təəssüf ki, klublarımız mübarizəni dayandırdı. Düşünürəm ki, finalda İspaniya komandalarından biri olacaq. Əgər onlar növbəti mərhələlərdə bir-birilərinə rəqib olmasalar, böyük ehtimalla finalda azı 1 İspaniya təmsilçisi olacaq.
- Sabiq klubunuz "Vilyareal"ın şanslarını necə qiymətləndirirsiniz?
- "Vilyareal" İspaniya liqasında çətin günlər keçirir. Düşünürəm ki, onların əsas məqsədi liqada qalmaq olacaq. Yəqin ki, Avropa Liqasının finalına qədər irəliləməyə gücləri çatmayacaq. Bu mərhələyə qədər yüksəlmələri də onlar üçün yaxşı nəticədir.
- Dünən, "Ulduzlar qarşılaşması"nda sabiq komanda yoldaşınız, Kovaçeviçi axtarmadınız?
- Əgər istəsəydilər, mən onu da Bakıya gətirərdim. Belə görürəm ki, mən "Real Sosyedad"da oynadığım vaxt oyunları sizin ölkədə göstəriblər deyə, burada çoxlu azarkeşlərimiz var.
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi