Millimizin inzibatçısı vəzifəsindən kənarlaşdırıldı

Millimizin inzibatçısı vəzifəsindən kənarlaşdırıldı
XƏBƏR 4 Mart 2019 / 13:24 1901
-  A +

Azərbaycan milli komandasının inzibatçısı İslam Abbasov tutduğu vəzifədən azad edilib.

Qol.az matc.az saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis Nikola Yurçeviçin yığmamızın "sükanı arxasına" keçməsindən sonra Abbasov vəzifəsini itirib.

Hazırda "Kəpəz" Peşəkar Futbol klubu İctimai Birliyinin İdarə Heyətinin sədr müavini olan Abbasovun Gəncə təmsilçisində qalıb-qalmayacağı sual altındadır.

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, növbəti mövsümdən "Kəpəz"in Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi nəzərdə tutulub.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner