Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Qol.az xəbər verir ki, iclasdan sonra AFFA-nın baş katibi Elxan Məmmədov qəbul olunan qərarlarla bağlı jurnalistlərə məlumat verib:
"Müzakirə məsələlərindən biri azarkeşlərin böyük maraq göstərdikləri bölgələrdən biri ilə bağlı idi. Qərar qəbul olundu ki, Tovuzda futbol akademiyası yaradılsın. Bununla bağlı müvafiq tapşırıq verildi. Artıq bu məsələni Tovuz rayon icra hakimiyyəti ilə müzakirə etmişik. Noyabradək layihə hazır olacaq. FIFA və UEFA-nın da maliyyə dəstəyi ilə bu işin icrasına yaxın zamanlarda başlayacağıq".
E.Məmmədov növbəti mövsümdən əvəzedici komandaların AFFA-dan ildə 50 min manat maliyyə vəsaiti alacağını bildirib: "Birinci diviziondan imtina edənlər isə 100 min manat cərimə ödəyəcəklər. Bundan başqa AFFA Lisenziyalaşdırma Komitəsinin tərkibində dəyişiklik edilib. Adlar və soyadlar AFFA-nın rəsmi saytında yazılacaq. Oyunçuların Statusu və Transferi Komitəsinin tərkibinə yeni üzvlər daxil ediləcək".
E.Məmmədov iclasda qadınlardan ibarət yığmalara baş məşqçi təyinatlarının təsdiqləndiyini də qeyd edib: "VAR sistemi ilə bağlı səmərəli müzakirələr aparıldı. İcraiyyə Komitəsi bununla bağlı araşdırma aparılması və hazırlıq üçün işlərə başlanılması tapşırığın verdi. Araşdırma və təhlillər bu mövsümün sonunadək aparılacaq".
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi