"Yaxşı ki, Bakıya gəldim" - Maykl Essyen

"Yaxşı ki, Bakıya gəldim" -  Maykl Essyen
ÖLKƏ FUTBOLU 4 Mart 2019 / 12:26 3494
-  A +

“Çox maraqlı səfər oldu. Mən bu dəvətnaməni UEFA-dan aldım. Məncə, qərarım düzgün idi. Yaxşı ki, gəldim”.

Qol.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının final oyunu ilə əlaqədar "Bakı 2019: Ulduzlar finalı"nda iştirak edən “Çelsi”nin sabiq futbolçusu Maykl Essyen AFFA-nın bu gün keçirilən Hesabat Konfransından sonra keçirilən brifinqdə deyib.

O, Avroliqada "Çelsi"yə azarkeşlik etdiyini və final oyuna baxmaq üçün yenidən Bakıya gələcəyini bildirib:“Sözsüz ki, dünən keçirilən oyun Avropa Liqasının final oyununun təbliği idi. Düşünürəm ki, çox maraqlı oyun keçdi. Avroliqanın finalında “Çelsi”nin olmasını istərdim. Ümid edirəm, final oyununa gələcəyəm”.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner