"Bakıda “Liverpul” və “Çelsi” azarkeşlərini görmək xoş oldu" - Dudek

"Bakıda “Liverpul” və “Çelsi” azarkeşlərini görmək xoş oldu" -  Dudek
ÖLKƏ FUTBOLU 4 Mart 2019 / 12:10 1987
-  A +

“Dünən əyləncəli oyun keçdi. Əslində, təəccübləndim ki, bu qədər adam oyuna maraq göstərmişdi. Bir neçə “Liverpul” və “Çelsi” azarkeşini də gördüm və mənə xoş oldu. Həqiqətən də çox maraqlı oyun keçdi. Mən də bu kampaniyanın bir hissəsi olmaqdan məmnunluq hiss edirəm".
 
Qol.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının final oyunu ilə əlaqədar "Bakı 2019: Ulduzlar finalı"nda iştirak edən ötən illərin məşhur qapıçısı Yeju Dudek AFFA-nın bugünkü Hesabat Konfransından sonra keçirilən brifinqdə deyib.

O, Avroliqanın finalında “Çelsi”nin şanslarının yüksək olduğunu deyib: "Düşünürəm ki, Avroliqanın final oyunu hər bir ölkə üçün vacib hadisədir. Bu oyunun Azərbaycanda keçirilməsi ölkəniz üçün böyük bir naliyyətdir. “Çelsi”nin Avroliqada şansları çox yüksəkdir. Premyer Liqada da şansları var. Mənə elə gəlir ki, çempionat hələ indicə başlayıb. Dünən “Liverpul” da xal itirdi. Yəni, qalxmaq şansları çoxdur”.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner