"Bakıdakı finalda "Arsenal"la "Zenit"in qarşılaşmasını istərdim" - Arşavin

"Bakıdakı finalda "Arsenal"la "Zenit"in qarşılaşmasını istərdim" -  Arşavin
ÖLKƏ FUTBOLU 4 Mart 2019 / 11:45 1645
-  A +

“Mən dünən Bakıya gəldim və bildiyiniz kimi oyunda iştriak etdim. Bu gün də konfransdayam. Axşam növbəti lahiyə üçün görüşlərimiz olacaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının final oyunu ilə əlaqədar "Bakı 2019: Ulduzlar finalı"nda iştirak edən Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin AFFA-nın bu gün keçirilən Hesabat Konfransından sonra keçirilən brifinqdə deyib.

O, Avroliqanın finalında sabiq komandaları “Arsenal”la “Zenit”in qarşılaşmasını istədiyini söyləyib: “Sözsüz ki, istərdim “Zenit” finala çıxsın. Digər rəqib o qədər də vacib deyil. Çünki finala çıxdıqdan sonra rəqib çox da önəm kəsb etmir. Amma finalda “Arsenal”la “Zenit” qarşılaşarsa, mənim üçün ideal olar”.

A. Arşavin Azərbaycanda futbolla bağlı tədbirlərin sayının çoxaldığını bildirib:“Mən Azərbaycanda bir dəfə olmuşam. Budəfəki gəlişimdə gördüyüm fərq ondan ibarətdir ki, futbolla bağlı tədbirlərin sayı çoxdur. Dünənki tədbir də daha çox əyləncə xarakteri daşıyır. Uşaqlar məhşur futbolçuları gördülər və oyunlarını canlı izlədilər. Mən də akrobatik zərbə ilə qol vurmaq istədim, ancaq alınmadı”.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner