"Qalatasaray" xal itirdi, liderdən səfər qələbəsi

"Qalatasaray" xal itirdi, liderdən səfər qələbəsi
XƏBƏR 4 Mart 2019 / 00:29 3009
-  A +

Türkiyə Superliqasında 24-cü turun daha 3 oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, səfərdə "Ərzurumspor"un qonağı olan "Qalatasaray" rəqibin müqavimətini qıra bilməyib. 1:1 hesablı heç-heçəyə razılaşan İstanbul təmsilçisi vacib 2 xal itirib.

Lider "Başakşəhər" isə səfərdə "Malatyaspor"u 2 cavabsız qolla məğlub edib. Abdullah Avcının komandası bu qələbə ilə ən yaxın izləyicisi "Qalatasaray"la xal fərqini 8-ə yüksəldib.

Tura sabah keçiriləcək "Akhisar" - ""Alanyaspor və "Kasımpaşa" - "Trabzonspor" oyunları ilə yekun vurulacaq.


Türkiyə Superliqası, 24-cü tur

3 mart (bazar)

"Konyaspor" - "Göztəpə" - 1:1
Qollar:
P. Filipoviç, 18 (1:0), Y. Öztəkin, 54 (1:1)

"Malatyaspor" - "Başakşəhər" - 0:2
Qollar:
Ə. Belözoğlu, 44-pen (1:0), E. Viska, 57 (2:0)

"Ərzurumspor" - "Qalatasaray" - 1:1
Qollar:
R. Məhəmməd, 18 (1:0), Y. Belhanda, 52 (1:1)


4 mart (bazarertəsi)

"Akhisar" - "Alanyaspor"

"Kasımpaşa" - "Trabzonspor"


Qeyd edək ki, Superliada turnir cədvəlinə 54 xalla "Başakşəhər" başçılıq edir. İkinci pillədəki "Qalatasaray"ın 46 xalı var. "Beşiktaş" 41 xalla 3-cü, bir oyun az keçirən "Trabzonspor" isə 36 xalla 4-cüdür.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner