"Keşlə"nin futbolçusu Nikola Mitroviç Topaz Premyer Liqanın 19-cu turunda evdə "Qarabağ"a məğlub olduqları oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi əvvəlcə matçı şərh edib.
- Həm bizim, həm də “Qarabağ” üçün çətin oyun oldu. Futbol havası deyildi, güclü külək vardı. Meydanın vəziyyəti də yaxşı deyildi. Amma bu vəziyyət iki komanda üçün də eynidir. “Qarabağ”ın qapımıza ümumilikdə vurduğu bir neçə zərbəsindən biri qol oldu. Bizim də şanslarımız var idi, sadəcə, alınmadı.
- “Qarabağ” o qədər də güclü oynamırdı. Amma siz sanki rəqibdən qorxurdunuz.
- Xeyr, qorxmurduq. Bizim taktikamız belə idi. Baş məşqçimizin göstərişi ilə ikinci hissədə pressinq etməyə başladıq. Hava başqa cür olsaydı, bəlkə də fərqli hesab ola bilərdi. Amma hər bir halda, “Qarabağ” çox yaxşı komandadır və yüksək səviyyəli futbolçuları var.
- Deməyindən belə çıxır ki, nəticə qazanmağınıza hava şəraiti mane oldu?
- Xeyr. Sadəcə, dediyim odur ki, hava yaxşı olsaydı, yaxşı futbol olardı.
- Bu cür meydançada futbol oynamaq sizin üçün çətindir?
- Bu, futbol meydançası deyil.
- Demək olar ki, ən pis meydanlardan biridir?
- Əlbəttə. Bunu görmək olmur? Dərhal görünür. Biz hər gün burada məşq edirik. Bu, mənə ünvanlancaq sual deyil. Biz işimizi görməyə çalışırıq.
- Ayaqlarınız ağrayır?
- Əlbəttə, ağrılar var və olacaq. Amma nə etmək olar? Hər an zədə almaq qorxusu var.
- Nəyə görə “Keşlə” uğurlu çıxış edə bilmir?
- “Neftçi” ilə oyunda pis oynamamışdıq, amma epizodlardan istifafə edə bilmədik deyə uduzduq. “Sumqayıt”la görüşdə qalib gəlsək də, işimizi çox çətinə salmışdıq. “Qəbələ”ylə də həmçinin. Məncə, normal komandamız var və normal futbol oynayırıq. Daha yaxşı olacağını düşünürəm.
- Bəlkə, komandada maddi problem var?
- Xeyr, belə problemimiz yoxdur. Pulumuzu qəpiyinə kimi almışıq.
- “Sabah”la görüş haqda nə düşünürsən?
- Onların da yaxşı komandası var. Çox ağır oyun olacaq. Bizə xallar lazımdı. Onlara da xal lazımdır. Çox güman, maraqlı oyun keçəcək.
- Müqavilən mövsümün sonunda başa çatacaq. Klublarımızdan təkliflər almısan?
- Mayda müqaviləm başa çatır. Görək necə olacaq. Müqaviləmin sonuna qədər ən yaxşısını etməyə çalışıram. Əsas odur ki, mən və ailəm Bakını çox sevirik.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi