"Qarabağ”ın futbolçusu Dani Kintana Topaz Premyer Liqasının 19-cu turunda səfərdə “Keşlə”yə qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi əvvəlcə matç barədə fikirlərini bildirib.
- Qələbəyə layiq oynadıq. Mövsümün ən yaxşı oyunlarından birini keçirdik. Konsentrasiya, əzmkarlıq, xarakter... – hər şey var idi oyunumuzda. Ona görə də layiqli qələbə qazandığımızı düşünürəm.
- Meydançanın vəziyyəti oyununuza necə təsir etdi?
- Başa düşə bilmirəm ki, hətta birinci divizionda necə belə meydanda oynamağa icazə verilir. Bəli, sintetik örtüklü meydançalar var, ancaq onlar son nəsildir. Onlarda oynamağı anlamaq olar. Ancaq bu səviyyədə necə icazə verildiyini başa düşməkdə çətinlik çəkirəm.
- Nəzərə alsaq ki, bir qədər zədəyəmeylli oyunçu sayılırsan, bu gün zədələnmək qorxusu var idimi?
- Belə meydanlarda özümü rahat hiss etmirəm. Bunu fiziki yox, daha çox psixoloji çatışmazlıq adlandırardım. Bunun öhdəsindən gəlməyə çalışıram.
- “Neftçi”nin dünən qələbə qazanması komandanın üzərində təzyiq yaratmışdı?
- Öz aramızdakı söhbətlərdə həmişə danışırıq ki, başqa oyunlara fikir verməyək. Nə bacarırıqsa, düşüncəmizi ona yönəltməyə çalışırıq. Digər məsələlərə diqqət yetirmək istəmirik.
- “Qarabağ” son 5 ildə bir qədər rahat çempionluqlar əldə edib. Ancaq indi “Neftçi” hegemonluğunuza son qoymağa çalışır. Təhlükə hiss edirsizmi?
- Bir daha təkrar edim ki, biz diqqətimizi yalnız öz oyunumuza yönəltmişik. “Neftçi”nin qələbə qazanmasının və ya məğlub olmasının bizim oyunlara köklənməyimizə heç bir təsiri yoxdur. Bizim istəyimiz meydanda bütün bacarığımızı qoyub, qələbə qazanmaqdır.
- “Qarabağ” bu mövsüm çempion olmasa, bunu uğursuzluq hesab edəcəksən?
- Çempion olmasaq, böyük məyusluq yaşayacağıq. Çünki 10-11 ay ərzində bunu edə bilmək üçün əziyyət çəkirik. Təbii ki, istəyimizə nail olmasaq, böyük məyusluq yaşayacağıq.
- Çempionluq potensialınız varmı, yoxsa avrokuboklarda ardıcıl çıxışlardan sonra bu, sizin üçün ikinci plana keçib?
- Avrokubokların bu məsələyə heç bir dəxli yoxdur. Dörd ildir “Qarabağ”dayam və hər mövsüm avrokuboklarda qrup mərhələsində çıxış etmişik. Bunun çempionluq iddialarımıza heç bir təsiri yoxdur. Komandada çempionluq üçün yetəri qədər potensial görürəm.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi