"İtirilən xalların əvəzini çıxmağa vaxtımız olacaq" - Sənan Qurbanov

"İtirilən xalların əvəzini çıxmağa vaxtımız olacaq" -  Sənan Qurbanov
ÖLKƏ FUTBOLU 3 Mart 2019 / 17:48 1779
-  A +

"Bundan əvvəl evdə xal itirmişdik. Daha doğrusu qələbə qazanmışdıq, təmiz qolumuz qeydə alınmamışdı. Gənc hakimlərə bir az diqqətli olmağı tövsiyə edirəm. Futbolçuların əziyyətini yerə vurmaq olmaz. Balaca səhv bizi ev oyununda üç xaldan məhrum etdi".

Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqanın 19-cu turunda bu gün "Zirə" ilə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis son dəqiqələrdə qol buraxdıqları oyunu şərh edərkən bəzi əsas futbolçuların meydanda olmamasının səbəbini də açıqlayıb.
 
"Çətin Zirə səfərində qələbə qazanmaq istəyirdik. Futbolçular mübarizə apardılar. Bəzən çox müdafiə olunursan. Rəqib öz oyunu ilə buna məcbur edir. Bu gün də belə görüşlərdən idi. Mübarizəli oyun oldu. Sonda buraxdığımız qol xal itkisi ilə nəticələndi. Gənc futbolçulara həm müdafiə, həm hücumda güvənirik. Müəyyən vaxt keçdikcə onlardan da həmin keyfiyyəti istəyəcəyik. Rauf Əliyevin meydana çıxmaması taktiki gedişlərlə bağlı idi. Davit Volkovi kiçik zədə səbəbindən iki məşqi buraxdığından əsas heyətdə deyildi. Vojislav Stankoviç iki gün öncə məşqdə xəsarət alıb. O, hələ həkim nəzarətində olmalıdır. “Zirə” yetərincə yaxşı komandadır. Oyun üslublarında da inkişaf görünür. Qarşıda oyunlarımız çoxdur. İtirilən xalları kompensasiya etməyə vaxtımız olacaq”.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner