"Oyunumuz yaxşı alındı. Məncə, "Səbail"lə olduğu kimi oynadıq, sadəcə, həmin görüşdə bəxtimiz gətirməmişdi. Keçən həftə təhlükəli hücumları qola, üstünlüyümüzü qələbəyə çevirə bilməmişdik, bu gün isə çevirdik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov klubun rəsmi saytına açıqlamasında deyib. Topaz Premyer Liqanın 19-cu turunda dünən "Sabah" üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edən təcrübəli yarımmüdafiəçi artıq xal itirmək limitinin dolduğunu söyləyib:
"Bizim üçün hər oyunda qalib gəlmək vacibdir. "Səbail”lə "Zirə”ni də məğlub etməliydik. Çox şadam ki, nəhayət, qalib gəldik. Artıq xal itirməyə haqqımız yoxdur. İnanıram ki, qələbənin ardı gələcək”.
Mahmudov "Sabah"ın qapısına vurduğu baxımlı qoldan da danışıb: "Təbii ki, "doqquzluğ”u boş görüb oranı nişan aldığımı deyə bilmərəm. Yaxşı zərbə endirmək üçün uyğun vəziyyət idi. Əsas yaxın küncə düşmək lazım idi, amma çox yaxşı zərbə alındı və top qapıya "doqquzluq”dan daxil oldu".
Kapitan sonda azarkeşlərə təşəkkür edib: "Son oyunlardakı uğursuz nəticələrə baxmayaraq, azarkeşlərimizin bu gün də bizi dəstəkləməyə davam etməsi çox gözəldir. Buna görə onlara minnətdaram".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi