"Sabah"a qış fasiləsindən sonra gəlmişəm. Bu üzdən komandadakı qeyri-stabilliyin səbəbi barədə nəsə demək mənə çətindiR. Deyə bilərəm ki, necə lazımdısa məşqlərimizi edirik. Sadəcə, hansısa məqamda nəsə çatmır".
Qol.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın futbolçusu Rəşad Eyubov Topaz Premyer Liqasının 19-cu turunda "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirərkən deyib. Dövrələrarası fasilədə məhz "Neftçi"dən "Sabah"a keçən orta sahə oyunçusu bu amilin oyununa təsir etmədiyini söyləyib.
Eyubov "Neftçi"yə özünü sübut etmək barədə düşünmədiyini vurğulayıb: "Mənim üçün prinsipial oyun deyildi. Yalnız "Sabah"ın qələbəsi üçün meydana çıxmışdım. "Neftçi"yə qarşı məndə hansısa revanş hissi, prinsipiallıq yox idi. Aqressiv olmağım bəzi epizodlarda narazı qalmağımla bağlı idi".
27 yaşlı oyunçu əlavə edib ki, ötən tur "Qarabağ"dan (1:1) xal aldıqdan sonra "Neftçi"ni də büdrəcəklərinə inanıblar: "Qarabağ"la heç-heçədən sonra gördük ki, oynamaq olar. Bu gün açıq futbol sərgilədik. Ancaq bunun üzərində hələ çox çalışmalıyıq. Düşünürəm ki, məşqçilər korpusu oyunu təhlil edəcək. Demək olmaz ki, məğlubiyyətdə səbəb seçilən taktika idi".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi