Biz bu gün yaxşı oyun nümayiş etdirdik. İlk dəqiqələrdən qol axtarışında idik. Qolu da erkən vura bildik. Bundan sonra ikincini də vurduq və daha yaxşı oynamağa başladıq. Demək olar ki, oyunun taleyini həll etdik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Canluka Sansone Topaz Premyer Liqasının 19-cu turunda "Sabah"la oyundan (3:0) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Premyer Liqada ilk qoluna imza atdın.
- Təbii ki, qol vurmaq xoş və vacib amildir. Ancaq mən öncə şəxsi və komanda göstəricilərinə baxıram. Bu gün həm şəxsi, həm də komanda göstəriciləri yaxşı idi. Buna görə daha çox sevinirəm, nəinki qol vurduğum üçün.
- “Səbail”ə məğlubiyyətdən sonra komandada nə dəyişdi ki, bir həftə ərzində belə dəyişiklik oldu?
- Mən razı deyiləm. Deməzdim ki, bir həftə öncəki oyunla bu gün keçirdiyimiz matçda böyük fərq var. Sadəcə, qol imkanlarımızdan istifadə edə bildik. “Səbail”lə matçda isə bunu bacarmadıq. Bir məğlubiyyəti geriyə addım kimi qələmə verilməsinin tərəfdarı deyiləm.
- Oyuna start heyətdə başlasanız da, sona qədər oynamırsınız. Fiziki cəhətdən çatdıra bilmirsiniz?
- Komanda 11 nəfərdən ibarət deyil. Heyətimiz genişdir. Hər bir oyunçuya şans verilməlidir və hamı buna layiqdir. Dəyişikliklər isə baş məşqçiyə aiddir.
- Son 9 turda neçə qol vurmaq istəyirsiniz?
- Mən istəyirəm ki, biz qalib olaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi