“İki fərqli hissə oldu. Oyuna itkilərlə başlamışdıq. Rahid Əmirquliyev və Ruslan Qurbanov zədəli idi. Belə itkilərlə başlamaq çətindir. İlk dəqiqələrdə Vüqar Bəybalayevin zədə alması planlara təsir etdi. Ancaq pis oynamadıq. Sadəcə olaraq çətin oyun oldu. Rəqib bu oyuna dönüş oyunu kimi baxırdı. “Neftçi” görüşündən sonra bu oyuna hazırlaşmaq üçün çox əmək sərf etdik. İlk hissəni rəqib oynadı. İkinci hissə oyunu bərabərləşdirməyi bacardıq. Ancaq son nöqtəni qoymağa dəqiqlik çatmadı. Ədalətli nəticədir. Oyun olaraq biz xal itirmədik, 1 xal qazandıq. Hər bir xal bizim üçün qızıldır”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının 19-cu turunda "Sumqayıt"la qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, Ruslan Qurbanovu niyə start heyətdə buraxmadağına isə belə aydınlıq gətirib: "Ruslan Qurbanovu risk etmədik. Zədədən sonra süni meydanda oynamaq çox çətin olur. Biz oyunçuları qorumalıyıq. Ruslan bizim önəmli oyunçumuzudr. Maksinmum 20-25 dəqiqə oynaya biləcəyini bildirmişdi. Biz də az da olsa, oynatdıq.
Gənc mütəxəssis Vüqar Bəyabalayevin durumunu da münasibət bildirib: "Ümumiyyətlə, həmin epizodda hakim niyə cərimə təyin etmədi, bilmirəm. Vüqarın durumu ürəkaçan deyil. Üzündə şiş var. Hazırda heçnə demək olmur. İrəliləyən günlərdə daha dəqiq nəsə deyə bilərik”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi