"Qarabağ"dan ayrılan hücumçu Ukrayna klubunda

"Qarabağ"dan ayrılan hücumçu Ukrayna klubunda
ÖLKƏ FUTBOLU 2 Mart 2019 / 10:11 5168
-  A +

"Qarabağ"ın hücumçusu Yaroslav Deda karyerasını ölkəsi Ukraynada davam etdirəcək.

Qol.az xəbər verir ki, Ağdam klubu 19 yaşlı futbolçunu "Karpati"yə satıb. Bu barədə Lvov təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, bir müddətdir baxışda olan gənc forvardla ilə 3 illik müqavilə bağlanıb. O, yeni komandasında 13 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, 2017-ci ilin yayında "Qarabağ"ın U-19 komandasına cəlb olunan Deda Ağdam klubunun heyətində UEFA Gənclər Liqasında 4 oyuna çıxıb, 3 qol vurmuşdu. O, iki dəfə "Atletiko"nun, bir dəfə isə "Çelsi"nin qapısına yol tapmışdı.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner