Bu həftə Topaz Premyer Liqasında 19-cu turun matçları keçiriləcək.
Qol.az-ın məlumatına görə, “Qəbələ” səfərdə “Zirə” ilə görüşəcək. Bu, komandaların mövsümdə 3-cü qarşılaşması olacaq. Əvvəlki iki oyunda yalnız 1 qol vurulub. “Zirə” I dövrədəki ev görüşündə 1:0 hesabı ilə qalib gəlibsə, II dövrədəki matçda qolsuz sülh qeydə alınıb.
Ümumilikdə isə “qırmızı-qaralar” paytaxt təmsilçisi ilə 17-ci dəfə üz-üzə gələcək. Əvvəlki 16 matçda “Qəbələ” üstünlüyə malikdir. Komanda 6 qələbə qazanıb, 6 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 22 top keçirən futbolçular 14 qol buraxıb. “Qırmızı-qaralar”ın 22 qoluna 14 futbolçu imza atıb. Aleksey Qay hamıdan çox - 4 dəfə fərqlənibsə, Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç və Stiven Monroz hərəyə 2 dəfə rəqib qapısına yol tapıb.
2 dəfə kubokda görüşən rəqiblər Premyer Liqada 15-ci duelə çıxacaq. Çempionatda komandalar hərəyə 4 dəfə üç xala sevinibsə, 5 dəfə sülhlə ayrılıblar. Bu oyunlarda komandamız 15, rəqibi 12 qol vurub.
“Qəbələ” səfərdə keçirdiyi 8 matçda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 3 dəfə meydandan məğlub ayrılıb. Paytaxt təmsilçisinin meydanında top fərqi “qırmızı-qaralar”ın xeyrinədir – 11:8.
Xatırladaq ki, “Zirə” - “Qəbələ” görüşü martın 3-də keçiriləcək.
Mənbə: "Qəbələ"nin saytı
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı