“Qarabağ”ın düşərgəsini tərk etdi – “Bacısı rəhmətə gedib”

“Qarabağ”ın düşərgəsini tərk etdi – “Bacısı rəhmətə gedib”
XƏBƏR 1 Mart 2019 / 15:52 6075
-  A +

“Qarabağ”ın futbolçusu Con Delarj komandanın düşərgəsini müvəqqəti olaraq tərk edib.

Bu haqda Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. “Delarj bacısının dünyasını dəyişdiyini bildirərək dünən axşam vətəni Konqoya yola düşüb”.

Klub rəsmisi futbolçunun yaxın günlərdə Azərbaycana dönəcəyini söyləyib.

Xatırladaq ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qış təlim-məşq toplanışı zamanı Delarjı əsas komandadan uzaqlaşdıraraq əvəzedici heyətə göndərib. Onun mövsümün sonu klubu tərk edəcəyi gözlənilir.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner