"2004-cü ildə "Xəzər Lənkəran"dan çox maraqlı təklif gəldi. Maliyyə tərəfindən danışmıram. Həmin vaxt Azərbaycan futbolu ətrafında maraqlı ajiotaj hökm sürürdü. Belə bir şeyi Türkiyədə də görmək olardı".
Qol.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın sabiq qapıçısı Aleksandr Martyoşkin Rusiyanın "Raboçiy put" qəzetinə saytına geniş müsahibəsində deyib. Futbolçu karyerası ilə bağlı xatirələrini danışan belaruslu veteran qolkiper Azərbaycanda keçirdiyi illəri də yada salıb. 2004-2005 mövsümündə "Xəzər Lənkəran"ın formasını geyinən Martyoşkin o vaxt Bakıda daha çox tanındığını söyləyib:
"Xəzər Lənkəran" ev oyunlarını Bakıdan 300 km uzaqlıqda yerləşən şəhərdə keçirirdi. Ancaq paytaxtda olarkən, demək olar ki, hamı məni tanıyırdı. Bunda ölkədəki Kütləvi İnformasiya Vasitələrinin - qəzet və radioların futbola böyük diqqət ayırması rol oynayırdı".
Hazırda ölkəsi Belarusda uşaq futbol komandasında qapıçı məşqçisi kimi fəaliyyət göstərən 49 yaşlı mütəxəssis Azərbaycan çempionatında keçirilən "Qızıl oyun"dan söz açıb: "2004-2005 mövsümündə "Xəzər Lənkəran" "Neftçi" ilə "Qızıl oyun"da qarşılaşmağa haqq qazandı. Bu, Azərbaycan futbolunun ən böyük oyunu idi. Biz 1:2 hesabı ilə uduzduq. Bizim üçün olduqca üzücü an idi. Çünki həmin vaxt əla heyətimiz var idi".
Martyoşkin "Xəzər Lənkəran"dan ayrılmasının səbəbini də açıqlayıb: "Növbəti mövsümdə Azərbaycan Futbol Federasiyası legioner limitini əhəmiyyətli dərəcədə azaltdı. Beləliklə, artıq meydana 5 deyil, 3 əcnəbi futbolçu çıxa bilərdi. "Xəzər Lənkəran"da isə baş məşqçi dəyişikliyi oldu. Yeni çalışdırıcı komandaya azərbaycanlı qapıçı gətirdi. Ehtiyatda oturmaq istəmədiyim üçün Belarusa qayıtdım. Mənim gedişimdən sonra "Xəzər Lənkəran" ölkə çempionluğunu qazandı. Komanda tez-tez avrokuboklarda çıxış edirdi. Amma bir neçə ilə əvvəl klub fəaliyyətini dayandırdı".
O "Xəzər Lənkəran"la azarkeşlərin komandalarına bağlılığından dan söz açıb: "Səfər oyunlarımıza 10-12 avtobus azarkeş gedirdi. Həm evdə, həm də səfərdə bizi dəstəkləyirdilər. Azərbaycanda futbolu çox sevirlər. Elə olurdu ki, komandanın adi məşqinə minlərlə adam gəlirdi"
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi