Slovakiyalı hücumçu millimizlə oyunu buraxacaq

Slovakiyalı hücumçu millimizlə oyunu buraxacaq
XƏBƏR 28 Fevral 2019 / 13:22 1255
-  A +

Slovakiya millisinin hücumçusu Adam Zrelyak Avro-2020-nin seçmə mərhələsinin ilk 3 oyununu buraxacaq.

Qol.az-ın yerli federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, çıxış etdiyi "Nürnberq" klubunun məşqində zədələnən 24 yaşlı futbolçunun diz bağları qopub. Onun sabah Auqsburqda əməliyyat olunacağı bildirilib. Zrelyakın ən yaxşı halda 6 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir. Bu isə o deməkdir ki, forvard yığmasının qrupda Macarıstan (21 mart), Uels (24 mart) və Azərbaycanla (11 iyun) oyunlarında iştirak edə bilməyəcək.

Qeyd edək ki, millimiz Slovakiya ilə ilk oyunu iyunun 11-də evdə, növbəti matçı isə noyabrın 19-da səfərdə keçirəcək.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner