"Neftçi" ilə oyunöncəsi "Sabah"da 2 itki

"Neftçi" ilə oyunöncəsi "Sabah"da 2 itki
ÖLKƏ FUTBOLU 28 Fevral 2019 / 12:47 1389
-  A +

"Sabah" Topaz Premyer Liqanın 19-cu turunun "Neftçi" ilə səfər oyununa itkilərlə çıxacaq.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, debütantın 2 aparıcı üzvü - Erik Ramos və Elşən Abdullayev "ağ-qaralar"a qarşı oynaya bilməyəcək. Paraqvaylı yarımmüdafiəçi ötən tur qırmızı vərəqə aldığı, Abdullayev isə zədəli olduğu üçün oyunu buraxacaqlar.

Qeyd edək ki, martın 2-də keçiriləcək "Neftçi" - "Sabah" görüşü saat 18:30-da başlayacaq.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner