"Sergey Yankovyinin göndərilməsi sırf komandanın fiziki hazırlığı və sonuncu yerdə olmağımızla bağlı deyil".
Bu sözləri Qol.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib. Komandanın fiziki hazırlıq üzrə məşqçisi Sergey Yankovyi ilə yollarını ayırmalarının səbəbini açıqlayan gənc mütəxəssis bunu onun xasiyyəti və işinə yanaşması ilə əlaqələndirib:
"Ümumi işi məni qane etmədiyi üçün bu addımı atdıq. Əslində futbolçuların fiziki durumundan narazı deyiləm. Çünki bu məsələyə birbaşa özüm cavabdehəm. Oyunçular son dəqiqəyə kimi mübarizə aparırlar. Ukraynalı məşqçinin xasiyyəti, işinə yanaşması məni qane etmirdi. Bu səbəbdən də yollarımızı ayırdıq. Son oyundan sonra bəzi məsələlər oldu. Söhbətin böyüməməsi üçün onlara toxunmaq istəmirəm. Köməkçi elədir ki, baş məşqçinin xasiyyətinə bələd olmalı, ona uyğun gəlməlidir. Mən "Sumqayıt"a baş məşqçi təyin olunanda Sergey burada idi. Gələn kimi dəyişiklik etmək istəmədim. Məncə, o da normal qarşılayar ki, baxışlar, futbola yanaşma, xasiyyət fərqli ola bilər. Artıq qərar verilib, çox dərinə getmək istəmirəm".
Baş məşqçi Yankovyinin yerinə yeni mütəxəssis götürməyə tələsmədiklərini söyləyib: "Açığı, indi buna vaxtımız yoxdur ki, kimisə, axtarıb tapaq. Mən "Zirə"də də fiziki məşqçi kimi çalışmışam. Bu dəqiqə buna elə də böyük tələbatımız yoxdur. Ancaq müəyyən müddətdən sonra özümüzə uyğun, yaxından tanıdığımız birini dəvət edəcəyik".
"Sumqayıt"ın turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmasına da münasibət bildirən A. Abbasov vəziyyətdən çıxacaqlarına inanır: "Ola bilər, axırıncı yerdəyik, bu, bizim üçün yaxşı vəziyyət deyil. Amma mən komandadakı hər bir şəxsdən, istər futbolçulardan, istərsə də işçilərdən razıyam. Hamı çox istəklidir. İnanıram ki, bu istək öz bəhrəsini verəcək. Bir az səbr etmək lazımdır. Oyunlar çətin keçir. Amma mən bu komandaya güvənirəm. Bu gün onların arxasında durmasam, düz olmaz. Nə olur-olsun, sona qədər onlara inanacam. Futbolçular təzyiq altında olsalar da, üzərinə düşən məsuliyyəti hiss edirlər. Onların yanaşması məni razı salır. Oyunlarımıza baxsaq, bizdə ancaq sonluq çatmır. Heç kimdən geri qalmırıq. Qışdan sonra oynadığımız rəqiblər hamısı iddialılardır. Bununla belə şansımız hələ var. Futbolçulara da bildirmişəm ki, ruhdan düşməsinlər. Mübarizə aparıb, vəziyyətdən çıxmağa çalışacağıq. Ancaq görüləsi işlərimiz çoxdur".
Abbasov rəhbərliyin də hazırkı durumdan narahat olduğunu, amma komandaya dəstək verdiyini bildirib: "Hər gün Sumqayıtdayıq. Rəhbərliklə məşqdən sonra da, əvvəl də oturub dərdləşirik. Tək axırıncı yerdə olduğumuz üçün yox, çox vaxt belə olur. Bura gəldiyim ilk gündən aramızda səmimiyyət var. Hər bir şeyi müzakirə edirik. Rəhbərlik də narahatdır. Ancaq komandaya inanırlar. Bilirlər ki, bu durumdan çıxacağıq. Ona görə də bizi dəstəkləyirlər".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi