“Mən hələ “Qarabağ”la 6 xallıq fərq olarkən demişdim ki, “Neftçi” çempion olmayacaq”.
Bu sözləri Qol.az-a açıqlamasında “Karvan”, “Xəzər Lənkəran” və “Kəpəz”in sabiq baş məşqçisi Yunis Hüseynov deyib. Bu mövsüm çempionluq uğrunda yarışan “Qarabağ” və “Neftçi”nin şanslarını dəyərləndirən təcrübəli mütəxəssis Ağdam klubunun 1 addım öndə olduğunu söyləyib:
“Sözlərim səhv başa düşülməsin. Bu, o demək deyil ki, mən “Neftçi”nin çempion olmasını istəmirəm. Əksinə, 15 il bu komandanın formasını geyinmişəm. Mövsümün sonunda onların qalib gəlməsini arzu edirəm. Ancaq sərgilədikləri oyun çempionluğa layiq deyil. Bu da komandanın qeyri-sabit çıxışı ilə bağlıdır. “Neftçi” qapanan müdafiəni yarmaqda çətinlik çəkir. “Səbail”lə oyunda da bunun şahidi olduq. Problem komandadakı legionerlərin fərdi ustalığının aşağı olmasındadır. “Qarabağ”ın “Sabah”la görüşünü də izlədim. Ağdam klubu oyun baxımından daha yaxşı təsir bağışlayır. Komandanın ölkə çempionu olmaq üçün lazımı potensialı var”.
“Neftçi”nin kapitanı Emin Mahmudov Rusiya mətbuatına müsahibəsində öz komandası və “Qarabağ”ın qonşu ölkə çempionatında ikinci 8-likdə mübarizə apara biləcəyini söyləyib. Eminin fikirlərinə münasibət bildirən Y. Hüseynov onunla razılaşmadığını deyib: “Emin öz komandasının adından danışsa, daha yaxşı olardı. Çünki “Qarabağ” bu gün Rusiya Premyer Liqasında ilk 8-likdə asanlıqla oynaya, iddialı klublarla başabaş mübarizə apara bilər. Hə, amma “Neftçi”, Mahmudovun da dediyi kimi, ikinci 8-likdə olar. Komandanın göstərdiyi oyun bunu deməyə əsas verir. Bilmirəm, bəlkə də rus jurnalist ona belə bir sual verib. Ancaq istənilən halda mən bunu düzgün qiymətləndirmirəm”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi