"Səbail"in qış transfer pəncərəsində heyətinə cəlb etdiyi İmanol İriberri klubun rəsmi saytına müsahibə verib.
Qol.az xəbər verir ki, argentinalı yarımmüdafiəçisi karyerası, Azərbaycana gəlişi, Topaz Premyer Liqası və digər məsələlər haqda danışıb.
– Karyeranıza baxarkən diqqəti ilk cəlb edən indiyə qədər oynadığınız klubların sayı olur. Tez-tez, demək olar ki, hər mövsüm klub dəyişmisiniz. Bunun səbəbi nə idi?
– Argentinadan çox gənc yaşımda ayrıldım, Paraqvaya getdim. Bu ilk təkan idi. Karyeramın çox hissəsini Venesuela və Boliviyada keçirmişəm. Bəzən getdiyim ölkələrdə olan vəziyyət mənim orada uzun müddət qala bilməməyimə gətirib çıxarıb. Bəzən yaxşı təkliflərə və bəzən isə daha yaxşı hədəflərə görə başqa klublara getmişəm. Venesueladakı siyasi vəziyyətə görə qərara aldım ki, ailəmlə birlikdə oranı tərk edim. Mənim üçün futbolda maddi maraqlar hər zaman ikinci planda olub. Fikirləşirəm ki, futbol Allahın bir lütfüdür. Qısa futbolçu karyerası ərzində futboldan öyrənmək, oyundan həzz almaq daha önəmlidir.
– Argentina, Paraqvay, Portuqaliya, Venesuela və s. kimi ölkələrin klublarında oynamısınız. İndi isə tam fərqli bir futbol mühitinə düşmüsünüz. Bu barədə fikirlərinizi bilmək istərdik…
– Düzünü deyim ki, həmişə Azərbaycana gəlmək şansım olub. Hələ “Boavişta”da oynayarkən menecerimlə bu barədə söhbət etmişdim. Əlbəttə, futbol cəhətdən hər bir ölkənin özünəməxsusluğu var. Həmişə başqa ölkəyə gedərkən adaptasiya bir az çətin olur. Amma Bakıya gəlməzdən əvvəl burada oynayan dostlarımdan Huqo Barqas Qarsiya ilə Azərbaycan futbolu barədə danışmışdım və ölkə haqqında çox müsbət fikirlər eşitmişdim. Bu şans yarananda, artıq heç bir tərəddüd etmədən qəbul etdim. Burada həm futbolçular, həm çempionat məni müsbət mənada çox təəccübləndirdi.
– Ölkəmiz barədə eşitdikləriniz sayəsində formalaşan təsəvvürünüz və burada gördükləriniz bir-birini nə dərəcədə tamamlayır?
– Hər bir futbolçu hər hansı ölkəyə getməzdən öncə özü üçün araşdırma aparır, dost-tanışlarından məsləhət alır. Hər zaman Azərbaycan barədə müsbət təsəvvürüm olub. Buraya gəldikdən sonra həqiqətən çox düzgün qərar verdiyimə əmin oldum. Bakı çox gözəl şəhərdir. İnsanlar həddindən artıq mehribandır. Hələ ilk gündən bunu hiss etdim. Baxmayaraq ki, “Səbail” gənc klubdur, inanıram ki, biz çalışaraq öz hədəflərimizə nail olacağıq.
– Komandadakı ab-hava sizi qane edirmi?
– Çox istedadlı, sadə və çalışqan komanda ilə qarşılaşdım. Birinci məşq çox çətin idi. Adaptasiya dövrü, uyğunlaşma… Amma futbolun bir dili var, bütün dünyanın hər yerində futbolun dili eynidir və bu dil bizi birləşdirir. Komanda yoldaşlarıma təşəkkür edirəm. Onlar məni çox mehriban qarşıladılar. Komandamızda istedadlı oyunçular var və əminəm ki, hədəflərimizə nail olacağıq. Bunun üçün bütün varlığımla səy göstərəcəyəm. Çünki Azərbaycanda qalmaq və burada uğur qazanmağı çox istəyirəm.
– “Səbail”in azarkeşlərinə sözünüz…
– Azarkeşlərimizin hər zaman “Səbail”in yanında və hər zaman “Səbail”ə dəstək olmalarını arzu edərdim.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026
DÇ-2026: İspaniya yarımfinala yüksəldi
“Araz-Naxçıvan” məşqlərə başladı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə