Bu gün “Futbol+” qəzetinin redaktoru Mahir Rüstəmli mətbuat konfransı keçirib.
Qol.az-ın xəbərinə görə, tədbir Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 yanvar tarixli qərarına həsr olunub. Mahir Rüstəmli bildirib ki, KİVDF yanvarın 31-də müsabiqə qaydalarında dəyişiklik edib: “Yeni şərtlər qəbuledilən və anlaşılandır. Ancaq təəssüf ki, müsabiqəyə yalnız ictimai-siyası qəzetlər buraxılacaq. Bu da gündəlik idman nəşri kimi fəaliyyətimizi birbaşa əngəlləyən səbəbdir. KİVDF-nın ayırdığı pul qəzetin ümumi büdcəsinin 40 fazini təşkil edir. Maliyyə yardımı ayrılmasa hazırkı şərtlərdə fəaliyyətimizi davam etdirməyimiz mümkünsüzdür”.
M.Rüstəmli satış və reklam bazarının zəif olmasının da qəzetin iqtisadi duruma ciddi təsir etdiyini söyləyib: “Satdığımız qəzetlərin də pulunu ala bilmirik. Hazırda fevralın 27-di, ancaq hələ yanvar ayının pullarını heç bir firmadan ala bilməmişik. Bu formada qəzetin fəaliyyətini ayaqda saxlamaq demək olar ki, mümkünsüzdür. Ona görə də istəyirəm ki, ictimaiyyət bu məsələyə diqqət ayırsın və bizə dəstək versin. Məsələylə bağlı ölkə başçısına da müraciət etmişik. Nə mümkünsə etmək lazımdır ki, “Futbol+” yaşasın”.
M.Rüstəmli hazırda qəzetin heç bir sponsor dəstəyinin olmadığını da deyib: “Ötən il oktyabrın 1-dən qəzetimizin heç bir sponsor dəstəyi yoxdur. Yalnız baş redaktor və kollektivin fədakarlığı, dostların köməyi və bəzi klub reklamlarını qeyd edə bilərəm. Bütün bunlar üst-üstə gəlir və qəzeti birtəhər ayaqda saxlayırıq. Əgər KİVDF maliyyəni dayandırsa, əlbəttə ixtisarlar olacaq. Həm qəzetin dövriyyəsində, həm də işçi sayında”.
O həmçinin deyib ki, müayyən oxucular zəng vuraraq qəzetin durumu ilə maraqlanırlar: “Kimisi ianə fondu yaratmağı təklif edir, kimisi fərdi qaydada köməyini təklif edir. Lakin 200, 300, 500 oxucu müntəzəm şəkildə bu yükü qaldırmaq iqtidarında deyil”.
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır