"Real" Marseloya əvəzləyici tapdı

"Real" Marseloya əvəzləyici tapdı
XƏBƏR 27 Fevral 2019 / 13:17 3840
-  A +

"Real" mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Marseloya əvəzləyici tapıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "kral klubu" braziliyalı müdafiəçinin boşluğunu "Ayaks"da çıxış edən Nikolas Talyafiko ilə doldurmağa çalışacaq. Madridlilərin yaxın vaxtlarda Argentina millisinin üzvü üçün Hollandiya klubuna təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, "Real"ın baş məşqçisi Santyaqo Solari ilə münasibətləri yaxşı olmayan Marselonun yayda "Yuventus"a keçəcəyi gözlənilir.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner