"Yuventus" qapıçısını satdı - 20 milyona

"Yuventus" qapıçısını satdı - 20 milyona
XƏBƏR 27 Fevral 2019 / 00:47 3518
-  A +

"Yuventus" qapıçısı Emil Auderonu "Sampdoriya"ya satıb.

Qol.az-ın Turin klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "qoca sinyora" 22 yaşlı qolkiperin satışından 20 milyon avro gəlir götürüb. Klubun öz yetirməsi olan əslən indoneziyalı qapıçı İtaliya vətəndaşıdır. O, "Yuventus"un əsas heyətində cəmi 1 oyun keçirib.

Qeyd edək ki, ötən ilin yayından "Samdoriya"da icarə əsasında çıxış edən Audero bu mövsüm sözügedən komandada 25 oyunda meydana çıxıb və 32 top buraxıb.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner