"Fənərbaxça"dan Valbuenaya yeni müqavilə

"Fənərbaxça"dan Valbuenaya yeni müqavilə
XƏBƏR 26 Fevral 2019 / 17:09 1805
-  A +

"Fənərbaxça" futbolçusu Matyu Valbuenanın müqaviləsininin müddətini uzadacaq.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçinin ötən gün "Beşiktaş"la oyundakı (3:3) inamlı çıxışı məşqçilər heyətini razı saldığından, ona yeni sözləşmə təklif olunacaq. Klub rəhbərliyi 34 yaşlı oyunçunu daha 1 il komandada saxlamaq istəyir.

Qeyd edək ki, 2017-ci ilin yayından "Fənərbaxça"nın formasını geyinən Valbuena bu komandanın heyətində 37 oyuna çıxıb və 8 qol vurub.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner