"Neftçi"nin futbolçusu Latviya klubunda

"Neftçi"nin futbolçusu Latviya klubunda
XƏBƏR 26 Fevral 2019 / 16:53 3495
-  A +

"Neftçi" yetirməsi Elvin Sərkərov karyerasını Latviyada davam etdirəcək.

Qol.az-ın Bakı klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı müdafiəçi "Dauqavpils” komandasına keçib. Artıq tərəflər arasında rəsmi müqavilə imzalanıb. Sözləşmənin şərtlərinə görə, Elvin başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi"yə ödəniləcək. Bundan əlavə, U-21 milli komandamızın üzvü Azərbaycana qayıdacağı halda ilk seçimini "Neftçi” üzərində edəcək.

Qeyd edək ki, Sərkərov bu mövsüm 6 oyunda meydana çıxıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner