"Barselona" və "Real" arasındakı yeganə fərq Messidir" - Milla

"Barselona" və "Real" arasındakı yeganə fərq Messidir" - Milla
XƏBƏR 26 Fevral 2019 / 15:35 2815
-  A +

Futbolçu karyerası ərzində həm "Barselona", həm də "Real"ın formasını geyinmiş Luis Milla "El Kalssiko"lar öncəsi hər iki komandanın şanslarını dəyərləndirib.

Qol.az-ın "Goal"a istinadən yaydığı məlumata görə, 52 yaşlı Milla kataloniyalılarla kral klubu arasındakı yeganə fərqi Messidə görüb: "Belə qarşılaşmaların favoriti olmur. Bu klublar arasındakı tək və ən önəmli  fərq Messidir".

Qeyd edək ki, "Barselona" və "Real" əvvəlcə Kral Kubokunda (28 fevral), daha sonra isə La Liqada (2 mart) üz-üzə gələcək.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner