"Barselona"da ciddi itki - "El-Klassiko"nu buraxa bilər

"Barselona"da ciddi itki - "El-Klassiko"nu buraxa bilər
XƏBƏR 25 Fevral 2019 / 16:25 3338
-  A +

"Barselona"nın hücumçusu Luis Suares İspaniya kubokunun yarımfinal mərhələsinin "Real"la cavab oyununu buraxa bilər.

Qol.az-ın "Football Espana" nəşrinə istinadən yaydığı xəbərə görə, uruqvaylı futbolçu dizindəki zədədən əziyyət çəkir. Klub Suareslə bağlı rəsmi açıqlama yaymasa da, məşqçilər heyətinin  31 yaşlı forvardın durumuna görə narahat olduğu bildirilir. Çünki təcrübəli oyunçu dizindəki zədəyə görə ötən ilin noyabr ayında da 2 həftə oynaya bilməmişdi.

Qeyd edək ki, "Real" - "Barselona" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq. Kubokun yarımfinalındakı ilk "El-Klassiko"da qalib müəyyənləşməmişdi - 1:1.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner