Elvin Məmmədovun 300-cü oyunu

Elvin Məmmədovun 300-cü oyunu
ÖLKƏ FUTBOLU 25 Fevral 2019 / 12:45 1167
-  A +

“Sumqayıt”ın futbolçusu Elvin Məmmədov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.

Qol.az xəbər verir ki, bu yubiley Topaz Premyer Liqasının 18-ci turuna təsadüf edib. “Zirə” ilə ev matçına (0:1) start heyətində çıxan 31 yaşlı yarımmüdafiəçinin hesabında 24 qol var. O, ölkə çempionatlarında 300 və daha çox oyun keçirən 19-cu futbolçu olub.

Qeyd edək ki, ölkə çempionatında 2003/04 mövsümündə “Turan”ın heyətində debüt edən Məmmədov Tovuz təmsilçisində 49 (3 qol), indi “Keşlə” adlanan “İnter”də 51 (7 qol), “Qarabağ”da 70 (3 qol), “Bakı”da 73 (3 qol), “Zirə”də 39 (5 qol), “Qəbələ”də 11 (2 qol), “Sumqayıt”da 7 (1 qol) matç keçirib.(pfl.az)

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner