"Üzgünük. Azarkeşlərimizin qarşısında məğlub olduq. Onlardan üzr istəyirik".
Qol.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 18-ci turunda evdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
38 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə rəqib yaxşı təsir bağışlasa da, fasilədən sonra üstünlük "Sumqayıt"da olub: "Təslim olmaq olmaz. Futbolçularıma da bildirdim ki, bu durumdan çıxmaq üçün çox çalışmalıyıq. Çalışmaq yaşa baxmır. Elvin Məmmədov qışdan sonra ilk dəfə start heyətində yer almışdı. Yəni, məsələ yaşda deyil. Oyun baxımından rəqiblərdən aşağı deyilik. Amma real danışaq, qışdan sonra bütün rəqiblər gücləndi. Bizim üçün çox çətindir. Seçim imkanımız azdır".
A.Abbasov deyib ki, "Sumqayıt"a gələndə hansı yükün altına girdiyin bilirdi: "İnanmasam, gəlməzdim. Məşqçiliyə təzə başlamışam. Elə böyük bir imicim də yoxdur. Alınmasa, etiraf etməyə utanmayacam da. Təslim olsam, komanda çətin duruma düşər. Biz də vuruşacağıq. İnanıram, amma çox çətin olacaq. Klub sponsoru "Azərkimya"dır, prezidenti isə Riad Rəfiyev. Bura gələndə onlarla görüşüb, baş məşqçi təyin olunmuşam. AFFA ilə əlaqəm yoxdur. Mən "Sumqayıt" klubuna gəlmişəm".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi