"Məqsədimiz odur ki, ilk hissədə nümayiş etdirdiyimiz futbolu bütün matç ərzində edək. Görüləşəcək iş çoxdur. İlk yarıda indiyə qədər ən yaxşı futbolumuzu oynadıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 18-ci turunda səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ötən tur "Neftçi" ilə qolsuz heç-heçə etdikləri görüşdən nəticə çıxarıblar: "Son pillədə olsaydıq da, hədəf avrokuboka düşmək idi. "Zirə" sonuncu yerdə olmağa layiq deyildi. Düşdüyüm mühitdən həddindən razıyam. Həm çempionat, həm də kubok vasitəsi ilə avrokuboka düşmək istəyirik. Heyətimiz də buna imkan verib".
S.Abasov "Son pillədə olmağa hansı komanda layiqdir" sualına belə cavab verib: "Kimin layiq olub-olmadığını siz seçin, püşk atın. Bəziləri liqaya təzə çıxıb, nə yatıblar ki, nə də yuxu görələr. İstəmirəm bu sözümü şişirdib, köşə mövzusu edəsiniz. Bunları ilin sonunda mükafat almaq üçün demirəm".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi