"Səbail"in qapıçısı Aleksandr Rıbka Topaz Premyer Liqasının 18-ci turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Liderə qalib gəldik və bundan hamımız razıyıq. Ağır oyun keçdi. Rəqib görüşün favoriti idi. Lakin favorit görüşdən qabaq olur. Hamı meydana çıxanda hesab 0-0 olur və şərtlər eynidir. Yaxşı müdafiə olunduq. Oyunumuzu əks-hücumlarda qurduq və qələbə qazandıq.
- Oyundan öncə qalib gələcəyinizi düşünürdünüz?
- Bayaq dediyim kimi, oyun 0-0-dan başlayır və hər şey ola bilər. Ukraynada kiçik komandada oynamışam və iki dəfə "Şaxtyor"u məğlub etmişdik. "Dinamo" ilə bir dəfə heç-heçə edib, qələbə qazanmışdıq. Kiçik komandalar inkişaf edir və daha yaxşı olacaq. Bu cür xallar bizim üçün çox dəyərlidir.
- Oyundan sora "Neftçi" azarkeşləri ilə problemin yaşandı. Nə baş vermişdi?
- Onlar mənə tüpürdülər, təhqir etdilər. Mənim heç bir problemim yoxdur.
- Deyəsən, onlara hesabı göstərdiniz...
- Xeyr. Belə şey etmədim.
-"Səbail" üçüncü pillədə qərarlaşıb. Avrokuboklara vəsiqə qazana biləcəksiniz?
- Bizim məqsədlərimiz var. Ancaq gəlin, xalları mövsümün sonunda hesablayaq. Hər oyuna ciddi hazırlaşırıq. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək. Növbəti tur "Sumqayıt"la qarşılaşacağıq. Bu oyunda da yaxşı nəticəni arzulayırıq. Mən turnir cədvəlinə çox baxmıram. Əsas odur ki, uduzmayaq.
- Azərbaycan Premyer Liqasında oynamaq sizin üçün çətin deyil?
- Bura öyrəşməyə çox vaxt lazım olmadı. Yəqin ki, bu, təcrübəmdən irəli gəlir. Yaxşı çempionatdır. Sözün düzünü deyim ki, buna kimi Azərbaycan çempionatını izləmirdim. Amma bura gəldiyim üçün şadam.
-Oyunlara az azarkeş gəlir. Bu sizin üçün maraqsız deyil?
- Bu barədə nə deyəcəyimi bilmirəm. Əlbəttə, çox istəyərdik ki, stadionun heç olmasa, yarısı dolsun. Amma bizdən heç nə asılı deyil. Əgər insanlar futbolu sevirlərsə, gəlirlər..
-Çempionluq uğrunda "Neftçi" və "Qarabağ" mübarizə aparır. Hansı komandanı şanslı hesab edirsiniz?
- "Neftçi"də dostum Kirilo Petrov oynayır. "Neftçi"nin çempion olmasını istərdim.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi