"Səbail"in kapitanı Rahid Əmirquliyev Topaz Premyer Liqasının 18-ci turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Çətin görüş oldu. “Neftçi” liderliyə öz oyunu ilə layiq komandadır. Bizimlə matçda da demək olar, üstün idilər. Futbolda belə hallar olur. Oyunun alınmasa da, sonda qalib gələ bilirsən.
- “Neftçi” topla çox olsa da, qapınızda çox qol vəziyyətləti yarada bilmədi. Rəqibiniz sizə niyə bata bilmədi?
- Rəqibi yaxşı analiz etmişdik. Əks-hücumlarda oynamağı seçmişdik. İlk qoldan sonra istər-istəməz müdafiədə oturmalı olduq. Ardından ikinci qolu da vurduq. Bundan sonra da əks-hücumları seçdik.
- "Neftçi”yə mövsümün ilk yarısında 0:4 hesabı ilə uduzmuşdunuz. Bunun revanşını düşünürdünüz?
- Əlbəttə, belə şeylər yaddan çıxmır. Bu hesabı unutmaq olmaz. Həm də rəqib lider komandadır. Üstəlik, yaxın izləyicilərimiz xal itirimişdilər. Buna görə də qalib gəlmək istəyirdik.
- “Səbail” bu qələbə ilə 3-cü pillədəki yerini bir qədər də möhkəmləndirdi. Ancaq çoxları düşünür ki, “Səbail” bəxt sayəsində bu yerdədir. Artıq bu qalibiyyətdən sonra avrokuboklara daha da iddialı olduğunu demək olar?
- Sözün düzü, heç bilmirəm ki, kim inanır, kim isə yox. Əsas odur ki, biz özümüzə güvənirik. İstıyirik ki, elə bu yerdə çempionatı başa vuraq. Kiməsə nəsə sübut etmək istəmirik. Göstərmək istəyirik ki, Avropa Liqasında oynaya bilərik. Hər kəsin şəxsi fikri var və buna hörmətlə yanaşmaq lazımdır.
- Hamıda belə bir fikir formalaşıb ki, “Səbail” ciddi klub deyil. Bu mövsüm iki texniki qələbə qazanmağınızı da çox qabardırlar. Azarkeş mövzusu düşəndə də “Səbail”in fanat ordusu olmadığı elə ən birinci vurğulanır. Sizcə, niyə “Səbail”i qəbul etmirlər?
- Biz belə şeylərə fikir vermirik. Futbolçuların işi meydana çıxıb, layiqli oynayaraq, xal qazanmağa çalışmaqdır. Hamının öz fikri var. Bəlkə də klub təzə yaranıb və inam yoxdur. Çalışacağıq ki, bu il avrokuboklarda çıxış edək və inam yaransın.
- “Qarabağ”a kömək etdiyinizin fərqindəsiniz?
- Bunu düşünmürdük. “Qarabağ” özü dünən xal itirmişdi. “Qarabağ”a kömək etməyi düşünmürdük.
- Artıq “Qəbələ”dən 6 xal öndəsiniz. Demək olar ki, yerinizi möhkəmləndirirsiniz?
- 6 xal öndə olmaq daha yaxşıdır. Ancaq qarşıda çox oyun var. Növbəti tur “Sumqayıt”ı qəbul edəcəyik və sonra Qəbələyə yollanacağıq. Hər oyuna 3 xal üçün çıxmalıyıq.
- Üçüncü pillədə qərarlaşacağınıza əvvəlcədən inanırdınız?
- Bəlkə də heç kəs inanmazdı. Komandamıza yaxşı futbolçular qoşuldular. Çempionatda “Qarabağ”la “Qəbələ” istisna olmaqla, digər komandaların səviyyələri bərabərdir. Ona görə də 3-cü yeri tutmağa inam var idi.
- Milli komandamızın üzvüsünüz. Nikola Yurçeviçin yığmamızın baş məşqçi postuna təyinatını necə qarşılayırsınız? Xorvatiya ilə oyunda millimiz nə edə bilər?
- Belə qərarları AFFA verib. Bizə ümid etmək qalır. Ona uğurlar arzu edirəm. Təbii ki, favorit Xorvatiyadır. Bu gün “Neftçi” favorit idi, ancaq qalib gələn biz olduq. Futbolda hər şey olur.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026
DÇ-2026: İspaniya yarımfinala yüksəldi
“Araz-Naxçıvan” məşqlərə başladı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi