"Futbolçunun bizim texniki zona tərəfə tüpürməsi etik deyildi" - Aftandil Hacıyev

"Futbolçunun bizim texniki zona tərəfə tüpürməsi etik deyildi" -  Aftandil Hacıyev
ÖLKƏ FUTBOLU 24 Fevral 2019 / 18:25 3907
-  A +

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev  Topaz Premyer Liqasının 18-ci turunda "Neftçi"yə  2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra  jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
 
-  Oyunun ağır olacağını bilirdik. Düşündüyümüzdən də çətin oldu. İkinci hissədə bu qədər müdafiə olunacağımızı gözləmirdim. Çünki 2:0 önə keçməyimiz də gözlənilməz idi. Ümumi planımızda var idi ki, rəqibi əks-hücumdan yaxalayaq. Standart vəziyyətlərdən də yararlanmaq istəyirdik. "Neftçi" üzərində qələbə 6 xala bərabərdir. Bəlkə də, çempionatda ən vacib qələbəni qazandıq".
 
- Bordinlə mübahisənizə aydınlıq gətirərdiniz...

 
- Onun etirazı o oldu ki, mən onun oyunçusuna söz deyirdim. Amma mən də öz oyunçumuzu müdafiə edirdim. Futbolçunun bizim texniki zona tərəfə tüpürməsi etik deyildi. Anlaşılmazlıq idi. Zaman keçdikcə, səhvini başa düşə bilər. İnanmıram ki, Bordinə tərəf hansısa oyunçumuz tüpürsə, o, sakit dayanar.
 
- Belə üstünlük gözləyirdiniz?

 
- Üstünlüyün biz tərəfdə olduğunu deməzdim. "Neftçi" favorit idi. Sadəcə, çox istəkli idik. Bəzi komponentlərdə onları yaxalamaq istəyirdik. "Neftçi" güclü olsa da, bəzi zəif nöqtələrindən yararlanmaq istəyirdik. Bu o demək deyil ki, onlardan güclüyük. Çempionluğa oynayırlar. Bizim məqsədimiz 3-cü pillədəki mövqeyimizi qorumaqdır.
 
- Fərqli qələbədir, fərqli mükafat olacaqmı?
 
- Çempionluğa oynayan komandadan 3 xal almaq digərləri üzərində qələbədən fərqlənir. Yəqin ki, rəhbərlik bunu nəzərə alar.
 
- Gələn mövsüm çempionluğa oynayacağınızı gözləmək olarmı?
 
- Çətin məsələdir. Çünki "Səbail" köklü klub deyil. Müəyyən vaxta ehtiyac var. "Neftçi" və "Qarabağ"la mübarizə aparmaq üçün heyətdə köklü dəyişiklik olmalıdır. Qərarlaşdığımız pillədə möhkəmlənmək istəyirik. Bu gün bizdən aşağıda qərarlaşan komandalarla mübarizə aparırıq.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner