Riberidən baş məşqçiyə hörmətsizlik

Riberidən baş məşqçiyə hörmətsizlik
XƏBƏR 24 Fevral 2019 / 10:20 3830
-  A +

"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi ilə komandanın baş məşqçisi Niko Kovaç arasında qalmaqal yaşanıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, fransalı futbolçu Almaniya Bundesliqasının 23-cü turunun "Herta" ilə oyununda onu əvəzləyən xorvatiyalı mütəxəssisə qarşı hörmətsizlik edib. Kovaç 58-ci dəqiqədə meydanı tərk edən Riberiyə əlini uzatsa da, futbolçu buna əhəmiyyət verməyərək, ehtiyat oyunçular skamyasına doğru gedib.

Qeyd edək ki, bu, "Bavariya"da Kovaçla futbolçular arasında baş verən ilk qalmaqal deyil. Daha əvvəl Rafinya "Bild" nəşrinə müsahibəsində çalışdırıcıdan narazılığını dilə gətirmişdi.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner