"Qarabağ"a məndən çox azarkeşlik edən olmaz" - Elşad Əhmədov

"Qarabağ"a məndən çox azarkeşlik edən olmaz" - Elşad Əhmədov
ÖLKƏ FUTBOLU 23 Fevral 2019 / 19:25 2813
-  A +

"Qarabağ"la oyun həmişə maraqlı olur. Sürətli və maraqlı oyun alındı. Yaxşı oynadığımızı deyə bilmirəm. Azlıqda qalsaq da, mübarizə apardıq".

Qol.az-ın məlumatına görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 18-ci turunda evdə "Qarabağ"la heç-heçə (1:1) etdikləri oyundan sonra deyib.

O, 12 il "Qarabağ"ın uğurları üçün çalışdığını vurğulayıb: "Məndən çox o kluba azarkeşlik edən olmaz. Sadəcə futbolçular üçün "Qarabağ"la oyun böyük stimuldur. Bu komanda ilə matçlar çox çətin olur".

E.Əhmədov kapitan Cavid İmamverdiyevin ilk dəqiqələrdən meydanda olmamasına da toxunub: "Cavid az məşq edib. Son dörd günün ikisində məşq etməyib. Səhhətində problem yaranmıışdı, qızdırması var idi".

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner