"Yaxşı və maraqlı oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Qol epizodları olsa da, istifadə edə bilmədik. 1 xal qazandıq və iki xal itirdik. Bu cür itkilərin olacağını əvvəlcədən demişdim".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 18-ci turunda "Sabah"la matçdan (1:1) sonra keçrilən mətbuat konfransında deyib.
Sabiq "Qarabağ"lı Coşqun Diniyevin bugünkü qarşılaşmada uğurlu çıxışını keçmiş komandasına qarşı yüksək motivasiya olunması ilə əlaqələndirən 46 yaşlı mütəxəssis əvəzetmədən tam istifadə etməməsinə də münasibət bildirib: "Hücumu gücləndirə biləcək iki futbolçu var idi. Zubir də zədəli idi. Oyunun sonlarında qapımızda qol gördük. Matç da istədiyimiz kimi gedirdi. Bu səbəbdən əvəzetmə etmədim".
Qurbanov komandasının qış fasiləsindən sonrakı performansından tam razı qalmadığını da əlavə edib: "Daha yaxşı olmasını, hər oyunçunun yüksək səviyyədə oynamasını istəyirəm. 4 oyunda 12 xal toplamaq istəyirdim. Razı qaldığım və qalmadığım məqamlar var".
Baş məşqçi çempionluq yolunda əsas rəqibləri olan "Neftçi"nin oyunlarına diqqət yetirmədiyini söyləyib: "Əsas öz oyunlarımızı qələbə ilə başa vurmaq istəyirik".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi