Rakitiç Avropa nəhənglərinin hədəfində

Rakitiç Avropa nəhənglərinin hədəfində
XƏBƏR 23 Fevral 2019 / 14:25 3213
-  A +

Bu mövsümün sonunda "Barselona"dan ayrılacağı gözlənilən İvan Rakitiç 4 klubun diqqət mərkəzindədir.

Qol.az-ın "Mundo Deportivo" nəşrinə istinadən yaydığı xəbərə görə, PSJ, "Bavariya", "İnter" və "Mançester Yunayted" xorvatiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Hazırda İtaliya klubunun digərləri ilə müqayisədə 1 addım öndə olduğu bildirilir. Milan təmsilçisinin 30 yaşlı oyunçuya 3 illik müqavilə və 6,5 milyon avro məvacib təklif etdiyi iddia olunur.

Qeyd edək ki, "Ayaks"dan Frenki de Yonqu heyətinə qatan "Barselona"ın Rakitiçlə müqavilə yenilməkdə maraqlı olmadığı söylənilir.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner