"Yuventus"a qol vurdu, ÇL-də həftənin oyunçusu seçildi

"Yuventus"a qol vurdu, ÇL-də həftənin oyunçusu seçildi
XƏBƏR 22 Fevral 2019 / 15:45 1540
-  A +

Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, "Atletiko"nun müdafiəçisi Dieqo Qodin ən yaxşı seçilib. Uruqvaylı müdafiəçi səsvermədə "Bavariya"dan Tiaqo Alkantara, "Lion"dan Ceyson Denayer və "Mançester Siti"dən Rahim Sterlinqi qabaqlayıb.

Qeyd edək ki, Qodin 1/8 final mərhələsinin "Yuventus"la Madriddə keçirilən ilk oyununda müdafiədəki inamlı çıxışı ilə yanaşı, Turin klubunun qapısına vurduğu qolla komandasının qələbəsində əsas pay sahibi olmuşdu.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner